28 yanvar 2025 at 12:46
Jurnalist kodu: 5564
Xəbər kodu: 85732979
T T
0 Persons
Əraqçi: Bizim etibarımızı qazanmaq üçün Amerika çox şey etməlidir

Tehran - İRNA - İranın xarici işlər naziri Trampın İranla yeni razılaşma əldə etmək üçün tutduğu mövqelər barədə deyib: Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) təcrübəsini nəzərə alsaq, bu mövqelər və sözlər kifayət etməyəcək və İran danışıqlara başlamaq üçün ABŞ-a daha çox etimad göstərməlidir və etimadımızı qazanmaq üçün qarşı tərəf çox şey etməlidir.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimindən sonrakı ilk müsahibəsi zamanı İranın Xarici İşlər Nazirliyində Sky News telekanalının müxbirinin suallarını cavablandırıb. Sky News-un internet saytında dərc olunan mətnə əsasən, İran İslam Respublikasının xarici işlər naziri bu söhbətdə ABŞ və sionist rejimin bu ölkənin nüvə obyektlərinə hər hansı hücumunu “region üçün çox pis fəlakətə gətirib çıxaracaq sərsəm bir hərəkət" adlandırıb.

Bu müsahibəsində Əraqçi İranın nüvə obyektlərinə hər hansı hücumun dərhal və qətiyyətlə qarşılanacağını vurğulayıb, lakin onların belə bir “çılğınlıq” edəcəklərini düşünmədiyini deyib. O əlavə edib ki, bu, regionu böyük fəlakətə sürükləyə bilər.

İranın xarici işlər naziri Trampın İranla yeni razılaşma əldə etmək üçün tutduğu mövqelər barədə deyib: Bu mövqe və sözlər kifayət etməyəcək və İran danışıqlara başlamaq üçün Amerikaya daha çox etimad göstərməlidir. Bununla bağlı o, deyib: Bu gün vəziyyət əvvəlki danışıqlar raundundan (bu, BHFP-nin canlanmasına səbəb olub) fərqli və daha çətindir. Bizim etimadımızı qazanmaq üçün qarşı tərəfdə çox iş görülməlidir. Hazırda biz ancaq yaxşı sözlər eşidirik və bu, qətiyyən kifayət etmir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .